AYNA SƏDRİNİN AÇIQLAMALARI PAFOSDAN İBARƏTDİR – İQTİSADÇI

AYNA SƏDRİNİN AÇIQLAMALARI PAFOSDAN İBARƏTDİR – İQTİSADÇI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı ekspert Rövşən Ağayev Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayevin çıxışını təhlil edib. Ekspert bildirib ki, sədrin çıxışı pafoslu açılamalardan ibarətdir.Tribunaonfo.az yazır ki, iqtisadçının fikrincə, belə bəzəkli bəyantlarla heçnəyə nail olmaq mümkün deyil:”Yerüstü Nəqliyyat Agentliyinin rəhbəri bu gün deyib ki, 2030-cu ilədək Bakının ən yaxşı şəhərlər sırasında ilk 30 yerdə qərarlaşması əsas hədəfdir.


Amma deməyib ki, bu hədəfə çatacağımızı hansı kəmiyyət və keyfiyyət (tərəqqi) göstəricilərilə ölçüləcək.

Məsələn, avtomobillərin orta sürəti, sərnişlərin və avtomobillərin yoldaqalma müddəti, kabon emissiyasının həcmi, ictimai nəqliyatın daşımalarda payı və s. kimi vacib göstəricilərin hazırkı hansı səviyyəsini hansı səviyyəyə çatdırmaq hədəflənir.

Ütülü və bəzəkli cümlələr, bəyanatlar ən asan olanıdır.
Zatən ortada olan əməllərdən qat-qat çox, pafoslu bəyanatlardı”.