AYNA-nın tenderinin qalibi Mərkəzi Bankın fəaliyyətinə mane olub

AYNA-nın tenderinin qalibi Mərkəzi Bankın fəaliyyətinə mane olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Az Softvare System” cərimələnib.

Pravda.az-ın xəbərinə görə, qərar Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: Şirkət ötən il AYNA-nın elektron sisteminin yaradılması üçün 6 milyon 783,9 min manat dəyərində elan etdiyi tenderin qalibi olub.