Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin katirovka soğrusunun nəticələri ləğv olunub. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, Dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin satınalınmasını əhatə edən həmin sorğunun ləğvinə səbəb AYNA-nın “Dövlət satınalmalar haqqında” qanunun 36.1.2-ci maddəsinin tələblərini pozmasıdır. Belə ki, araşdırma zamanı məlum olub ki, sözügedən qurumun katirovka sorğusuna qatılan şirkətlərin təqdim etdikləri təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb.
Bildirək ki, bu müsabiqə üçün AYNA 8.498,93 manat pul ayırıbmış.