AYNA-nın qanunsuz əməlləri davam edir… Sürücüləri indi də belə cərimələyirlər – DİQQƏT!

AYNA-nın qanunsuz əməlləri davam edir… Sürücüləri indi də belə cərimələyirlər – DİQQƏT!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarandığı gündən narazılıqlara səbəb olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qanunsuz əməllərindən artıq sürücülər boğaza yığılıb. Agentlik indi də parking qeydiyyatından keçməyən sürücüləri cərimələməklə məşğuldur.

Tribunainfo.az yazır ki, məsələn, Bakının hər hansısa kəndindən bir neçə saatlıq iş üçün Bakının mərkəzinə gələn bir sürücü əgər telefonunu unudubsa və ya ümumiyyətlə o telefonu sönüb, işləmirsə, o parking pulunu ödəmək istəsə də bu mümkün olmayacaq.
Telefonu olmayan sürücü parking xidmətinin haqqını ödəməmək kimi bir niyyəti olmasa da, məhz parkinq qeydiyyatından keçmədiyi üçün ona 10 manat cərimə yazılır.
Sual meydana çıxır – Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi bir vəzifəsi yoxdursa, AYNA hansı ixtiyarla vətəndaşın konstitutsion hüquq və azadlıqlarına müdaxilə edərək onu daim mobil cihazdan istifadə etməyə, mobil cihazı yanında daşımağa və kontur yükləməyə zorlayır?

Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi manatdır, sms deyil. Bəs niyə AYNA ödəniş vasitəsi kimi manat yox, sms tələb edir. Görünür, AYNA Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq niyyətindədir.
Mobil telefonunu unutmuş vətəndaş dayanacaqdan son zərurət halında istifadə edib. Çünki sərbəst hərəkət etmək konstitusiyaya görə hüquq, parkinq xidmətindən istifadə etmək isə qaydadır. O, qaydanı qəsdən pozmayıb, öz ana yasa hüququnu qoruyaraq maşını saxlayıb. Bu isə İXM 19 maddəsinə əsasən halın İX olmasını aradan qaldırır. AYNA digər ödəniş üsulu təqdim etmədən halın son zərurət, yoxsa İX olmasını necə müəyyən edir?

Mövcud qanunvericiliyə görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsi ilə edilməlidir. Buna əlavə olaraq digər üsullar da təklif oluna bilər. Qanuna görə, parkomat yoxdursa və ya işləmirsə, vətəndaş digər üsulların olub olmamasından asılı olmayaraq ödəniş etməli deyil. Çünki ölkədə əsas ödəniş vasitəsi manatdır. Ancaq AYNA hazırda topladığı bütün ödəniş və cərimələrin qanunsuz olduğunun fərqində deyil. Çünki NK-nin qərarları hüquqi normativ akt kimi qanuna zidd ola bilməz və olarsa qanun əsas götürülməlidir.