AYNA  “London” taksilərinə 311 min xərc qoyur – Araşdırmabackend

AYNA “London” taksilərinə 311 min xərc qoyur – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Bakıda “London” taksilərinin “qəbiristanlığı”nın aşkarlandığına dair sujet yayımlanmışdı. Tribunainfo.az xəbər verir ki, həmin sujetdə yüzlərlə bahalı taksinin günün altında çürüdüyü nümayiş etdirilmişdi.

Həmin hadisədən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlama vermişdi ki, ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edilib.

“LEVC TX4″ London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək. İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır”.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycana gətirilən “London” taksiləri Lökbatan qəsəbəsindəki qarajda toplanılır. Bildirək ki, bu taksilərin hər biri Azərbaycanın dövlət büdcəsinə 110 min manata başa gəlib. Özünə elektriklə işləyən maşınların gətirilməsini prioritet hesab edən AYNA, ötən günlərdə el arasında “Badımcan taksi” kimi tanınan bu maşınlar üçün daha bir tender elanı verib.

Tribunainfo.az xəbər verir ki, Agentlik bu dəfə Yeni “TX London Taxsis” markalı (hamının “Badımcan taksi” kimi tanıdığı-red.) taksi minik avtomobilləri üçün GPS avadanlıqlarının satınalınmasını da reallaşdırmaq niyyətindədir. Bunun üçün isə ehtimal olunan qiymət olaraq 310.980,15 manat nəzərdə tutulub.
Yəni, milyonlarla manat verilərək alınmış, amma Lökbatandakı çöllükdə çürüdülən bu taksilərə GPS sisteminin alınması qərarlaşdırılıb. Özü də 311 min manatlıq.