AYNA dayanacaqları rəngləməyə bu qədər pul tökürbackend

AYNA dayanacaqları rəngləməyə bu qədər pul tökür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqsliyyat Agentliyi (AYNA) Bakıdakı dayanacaqların qismən təmiri, oradakı oturacaqların rənglənməsi üçün tender elan edib. Tribunainfo.az xəbər verir ki, bu barədə e-tender.gov.az saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, həmin məlumatda bildirilir ki, AYNA Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış qoruyucu tumba və məhəccərlərdə mövcud nasazlıqların aradan qaldırılması və onların yenidən boyanması xidmətlərini satın almaq fikrindədir.
26.08.2024-cü il tarixdəı elan edilən tender üzrə zərflərin açılması prosesi 23.09.2024-cü il tarixinə müəyyən edilib. AYNA-nın bu məqsədlə xərcləmək istədiyi, yəni ehtimal olunan qiymət isə 2.303.443,78 manat təşkil edir. Yəni, sözügedən qurum bu qədər pulla şəhərin dayanacaqlarını əsaslı deyil, sıradan təmir edib, rəngləyəcək. Vəssəlam