AYNA-dan daha bir özbaşınalıq: 10 gündür təmirdə olan avtomobilə cərimə yazılıbbackend

AYNA-dan daha bir özbaşınalıq: 10 gündür təmirdə olan avtomobilə cərimə yazılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AYNA-nın özbaşınalıqları davam edir. Tribunainfo.az xəbər verir ki, şəhərə parklama yerlərinə nəzarət edən qurum heç bir səbəb göstərmədən sürücülərə davamlı olaraq cərimələr yazır.

Bununla bağlı çoxsaylı şikayətlərin olmasına rəğmən, AYNA rəhbərliyi heç bir açıqlama vermir. Hətta şikayət edənlərə “get, kimə istəyirsən şikayət elə” deməklə kifayətlənirlər.

Dünən isə sözügedən qurumun daha bir qanunusuz hərəkəti üzə çıxıb. Tribunainfo.az bildirir ki, hadisə Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayevin başına gəlib. O, özünün Facebook hesabında yazıb ki, avtomobili 10 gündür təmirdə olsa da, AYNA ona cərimə yazıb. “Arxadaşlar!!! Maşının motoru töküb. 10 gündür ustadadır. Usta da motoru söküb. Bu gün cərimə gəlib!!!???”