AYNA Bakıda anarxiya yaradıb – QHT rəhbəri faktlar göstərdi

AYNA Bakıda anarxiya yaradıb – QHT rəhbəri faktlar göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakıda tıxaclara səbəb olan addımlar atır. Məsələn, Respublika Kliniki Xəstəxananın önündə avtobus zolağı çəkilib, avtomobil girdikdə 100 manat cərimədir. O zaman, xəstəsini bura gətirənlər, yaxud taksi sürücüləri müştərini harada düşürsün? Deməli, istər-istəməz digər zolaqda saxlayır, bu da ya kameraya düşüb cərimələnməyə gətirir çıxarır, ya da tıxaca… ”

Bu fikirləri Tribunainfo.az -a “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, digər ünvan “20 Yanvar” metrosuna yaxın olan “Bravo” market istiqamətidir: “Burda da avtobus zolağı yaradılıb. Nəticədə tıxaclara ikiqat artıb. Çünki Sumqayıta işləyən mikrobuslar və taksilər yanaşı zolağı tutub, nəticədə tıxacın ucu-bucağı olmur. Ümumiyyətlə, AYNA tamamilə fərqli yollar fikirləşməlidir. Heç bir məntiqə sığmayan qərarlar qəbul olunur. İki zolaqdan birini avtobusa ayırmaqla şəhərdə sıxlığı artırıblar. Misal üçün “Şamaxinka”dan üzü şəhərə doğru zolağın biri avtobusa ayrılmaqla onsuz da tıxac olan yol bərbad günə düşür. Həmçinin, ” Xutor” tərəfdən üzü “Gənclik” istiqamətinə yenə eyni vəziyyət müşahidə olunur. Bu da sürücülərin hüquqlarının pozulmasıdır. Biz təklif edirik ki, bir dəyirmi masa təşkil olunsun, QHT rəhbərləri, mütəxəssislər və AYNA nümayəndələri birgə müzakirə aparsınlar, çıxış yolları axtarılsın, müxtəlif ideyalar verilsin. Əgər bu kustar siyasət davam edəcəksə, yəni hər zolağın birini avtobusa ayırmaq, onda Bakıda tıxaclar daha da artacaq”.

Roman