backend

Aygünün ərə gedəcəyi kişi evli ÇIXDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərə getməyə hazırlaşan xalq artisti, xanəndə Aygün Bayramovanın gələcək həyat yoldaşı ilə bağlı maraqlı faktlar ortaya çıxıb. 

Ərə getməyə hazırlaşan xalq artisti, xanəndə Aygün Bayramovanın gələcək həyat yoldaşı ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
 

TİA.AZ yenicag.az-a istinadən xəbər verir ki, toya hazırlaşan xalq artistinin nişanlandığı şəxsin adı Fəraməz Gərmrudidir.

İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Əslən Cənubi Azərbaycanlı olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. Onların rəsmən hələ də ailəli olduğu deyilir.

Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır. Demək olar ki, əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb. Həmin konsertdə Gərmrudini tək qoymayan sənətçilərlə bərabər A.Bayramova da mahnı töhfəsini verib.

İş adamının Bakıda Hüseyn Cavid prospektində 2 milyonluq ev aldığı bildirilir.