Aygün Kazımovadan təmsilçilərimizlə bağlı paylaşım – FOTObackend

Aygün Kazımovadan təmsilçilərimizlə bağlı paylaşım – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aygün Kazımova “Avroviziya 2023” təmsilçilərimiz Turan və Tural Bağmanov qardaşları ilə bağlı paylaşım edib. 

Sənətçi əkzilərin fotosunu sosial şəbəkədə paylaşaraq onlara dəstək olub:

“Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalıdır. Təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşlarına uğurlar diləyirəm. Sizi finalda görmək ümidi ilə…”

Qeyd edək ki, müsabiqə bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilir. Yarışmanın növbəti yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək. Tural və Turan Bağmanov qardaşları Azərbaycanı “Tell me more” mahnısı ilə təmsil edəcəklər.