Bu il səhnə fəaliyyətinin 30 illiyi tamam olan xalq artisti Aygün Kazımova arıqlamağa davam edir.
Bu il səhnə fəaliyyətinin 30 illiyi tamam olan xalq artisti Aygün Kazımova arıqlamağa davam edir.
TİA.AZ xəbər verir ki, müğənni yaradıcılığının 30 illiyi münasibətlə sentyabr ayının 22-si Azərbaycanın ən böyük konsert salonu olan “Crystal Hall”da solo konsert proqramı ilə çıxış edəcək.
Neçə aydır ki, hazırlıqlara başlayan Aygün Kazımova konserti ilə bağlı Gürcüstana gedib. O, yaradıcı məqamları sosial şəbəkədə paylaşıb. Uzun müddətdir ki, pəhriz saxlayan, idmanla məşğul olan müğənninin arıqlaması diqqət çəkib.
Qeyd edək ki, konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.