Aybüke Pusat, Boran Kuzum və Furkan Andıç boykota dəstək verərək TRT və Tabii kanallarında layihələrdən uzaqlaşdırıldıqdan sonra, indi “Muhabir” serialındakı Duygu, Başak Gümülcinelioğlu da layihədən uzaqlaşdırılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Sondakika” məlumat yayıb.
“Muhabir” serialında Furkan Andıçdan sonra Başak Gümülcinelioğlu da heyətdən çıxarılıb. Birsen Altuntaşın xəbərinə görə, Aybüke Pusata fotosunu paylaşaraq dəstək olan Gümülçinelioğlu bu paylaşımı yenidən paylaşması səbəbindən işini itirib.
Dəniz Pənahova