Elm və təhsil naziri Emin Əmrullayev Əməkdar artist Aybəniz Haşımovanı və onun yaratdığı, rəhbərlik etdiyi Sənət Akademiyasının yetirmələrini fəxri fərmanla təltif edib.
Aybəniz Haşımova bu barədə Tribunainfo.az-a məlumat verib.
“Hörmətli, dəyərli cənab nazir Emin Əmrullayev! Yaradıcısı olduğum Sənət Akademiyasının yetirmələrinə verdiyiniz dəyərə, diqqətə və qayğıya görə sizə bütün heyətimiz adından təşəkkür edirəm, minnətdaram!
Hörmətlə: Aybəniz Haşımova”, – Əməkdar artist özünün təşəkkür müraciətində bildirib.