AYB KATİBİ, TANINMIŞ YAZIÇI “AZERCELL”İ İTTİHAM ETDİbackend

AYB KATİBİ, TANINMIŞ YAZIÇI “AZERCELL”İ İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell”-in növbəti fırıldağı ilə abunəçilərdən pul tutur. İndi də rouminq xidməti adı ilə abunəçilər soyur.

Tribunainfo.az yaxır ki, bu barədə AYB katibi, yazıçı Elçin Hüseynbəyli məlumat paylaşıb. O bildirib ki, bu hal artıq son iki aydır təkrarlanır:

“Son iki ayda mənə faktura məbləği təxminən 2-2,5 dəfə artıq gəlir. Azərsell-dən soruşuram ki, niyə belədir? Cavab nə olsa yaxşıdır? Müəllim, siz aprel və may ayları sərhədyanı rayonlara səfər etmisiniz və roumunqiniz açıq olduğuna görə avtomatik olaraq, İran mobil operatoruna qoşulmusunuz.

Ona görə də pul artıq yazılıb. Qəribədir. Mən öz ölkəmdə ola-ola mənə xarici tariflə pul hesablanır. Və o da məlum oldu ki, şikayətçi təkcə mən deyiləm. Bu, bir boşluqdur. Ya da İran mobil operatoru ilə əlaqədar olub havayı pul qazanırlar. Hər halda söz verdilər ki, bu boşluğu yrəhbərliyə çatdıracaqlar”.

Qarşı tərəfin də mövqeyini işıqlandıramağa hazırıq.