Körpəlikdən ayaqyalın gəzməyə alışmış uşaqlarda 6-10 yaşında əqli, zehni və fiziki inkişaf göstəricilərinin yüksək olduğu məlum olub.
Tribunainfo.az xəbər verir ki, professor Astrid Zexin rəhbərliyi ilə aparılan araşdırma zamanı bu nəticəyə gəlinib.
İnsanın ayaqları ayaqqabıya sonradan alışdırılıb. Ayaqların fiziologiyası ayaqyalın gəzməyə daha çox ehtiyac duyur və təbii halıdır. Ayaqyalın gəzmiş uşaqların yerişi, qaçış və tullanış kimi hərəkətlərin biomexanikasında daha çox aktivlik olur.
Təcrübəyə 810 uşaq cəlb olunub. Uşaqlar müxtəlif ölkələrdən olub: Afrikadan, Almaniyadan. Afrikada olan uşaqlar 6-7 yaşa kimi daha çox ayaqyalın gəzən uşaqlardır. Almaniyadan olanlar isə elə 1 yaşından ayaqabbıya öyrəşib.
Uşaqlar testlərdən keçilir, onların həm ayaqyalın, həm də ayaqqabı ilə bəzi hərəkətləri incələnir. Testlər göstərdi ki, ayaqyalın gəzmiş uşaqlar qaçma, hündürlükdə gəzmə və tullanma zamanı balansı daha yaxşı qoruya bilirlər, daha çox 6-10 yaşlı uşaqlarda bu aktivlik müşahidə olunub.
Uzağa qaçış təcrübəsində isə hər iki qrup eyni nəticə göstərib. Lakin afrikalı uşaqlar açıq havada ayaqyalın qaçış zamanı yüksək nəticə göstəriblər.
Mütəxəssislər, bu araşdırma ilə valideynlərə uşaqlara evdə ayaqyalın gəzməyə daha çox imkan verilməsini məsləhət görür. Uşağın ayaqyalın gəzməsindən narahat olmaq lazım deyil, evdə, təbiətdə, daşda, qumluqda, ən müxtəlif səthlərdə uşağın ayaqyalın gəzməsini və ayaqların müxtəlif sərtliyə öyrəşməsini təmin etsələr pis olmaz.