İsveçdə aparılan araşdırma dünya mediasında gündəm olub. Mütəxəssislər ayaq uzunluğu ilə gözlənilən ömür arasındakı əlaqəni ortaya qoydular. Araşdırmaya görə, ayaq ölçüsü ilə ömür uzunluğu arasında əlaqə ola biləcəyi müəyyən edilib.
Tribunainfo.az Sabah xəbər agentliyinə istinadən bildirir ki, mütəxəssislər ayaq uzunluğu ilə gözlənilən ömür arasındakı əlaqəni ortaya qoydular.
Araşdırma çərçivəsində İsveç daxilində 800 kişi və qadın müayinə edilib. Mütəxəssislər araşdırılan şəxsin ölüm səbəbi, öldüyü yaş və ayaqqabı ölçüsünə diqqət yetiriblər. Nəticələrə görə, ayaq ölçüsü ilə gözlənilən ömür arasında əlaqə ola biləcəyi müəyyən edilmişdir. Kişi və qadınlar arasında ayaq ölçüsü ilə gözlənilən ömür uzunluğu arasında fərq olduğu da müəyyən edilmişdir.
Doktor Bjors və komandasının müəyyən etdiyi ayaq ölçülərinə və gözlənilən ömür müddətinə gəlincə, kişilər arasında 46 ölçülü ayaqqabı geyənlər 75 ilə 82 yaş arasında yaşayırlar.
Digər tərəfdən, 38 nömrə geyinən kişilərin 63-66 yaş arasında ən qısa ömür sürdüyü müəyyən edilib.
Dr. Bjors tərəfindən müəyyən edilən rəqəmlər kişilər və qadınlar arasında dəyişir. Qadınlar: 36 ölçü geyinən qadınlar 64-69 yaşa qədər yaşayırlar. 37,5 ölçülü ayaqqabı geyən qadınlar 70-76 yaşa qədər yaşayırlar. 38 ölçü geyinən qadınlar da 77-82 yaş arasında yaşayırlar. 40 ölçülü ayaqqabı geyinən qadınlar 78-84 yaşa, 42 ölçülü ayaqqabı geyinənlər isə 73-75 yaşa qədər yaşayır.
Dəniz Pənahova