“Ayan” bərpa mərkəzi neçə hamilə qadını bədbəxt edib – Şikayət

“Ayan” bərpa mərkəzi neçə hamilə qadını bədbəxt edib – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətim “Ayan” revmatoloji bərpa mərkəzi, Professor dr. Nadir Hüseynovdandır. Bildiyim qədər, elə klinika da özünə məxsusdur. Bəlkə də bu insan neçə hamilə qadını bədbəxt edib. Qətiyyən ora müraciət etməyin.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Könül Qurban adlı xanım yazıb. O “Ayan” bərpa mərkəzində başına gətirilənlərdən yazıb:

“Revmatoid artiritim var, bu xəstəlikdə hamilələr kontrol altında olmalı, müalicə uşağın və ananın sağlamlığı düşünülərək edilməlidir. 4 aylıq hamilə olanda mənə bu “həkimi” məsləhət görmüşdülər. Getdim, heç bir analiz verdirmədən çox kobud və savadsız şəkildə “sən ana ola bilməzsən, ümumiyyətlə uşaq götürülməlidir” deyib, zərərli peraparatlar təyin etdi. Mən təbii ki, müalicəsini rədd edib, başqa revmatoloqla davam etdim yoluma. Və hazırda özüm də yaxşıyam, övladım da artıq 1 yaşındadır. Bəlkə də neçə xanımın ana olmaq arzusunu ürəyində qoyub bu şəxs. Paylaşmaqda məqsədim odur ki, bu hal ilə rastlaşanlar qətiyyən bu həkimə müraciət edib inanmasınlar. Mən şanslı idim ki, xəstəliyim və onun müalicəsi barədə məlumatım var idi”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar