Azərbaycanda 9 aya yaxındır ki, ayağımın olmadığını sübut edə bilmirəm. Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika mənə olmazın arayışlar gətizdirir. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm.
Tribunainfo.az xəbər verir ki, bu barədə 9 ay bundan əvvəl bir ayağı amputasiya olunan tanınmış jurnalist Səbuhi Məmmədli yazıb. O bildirib ki, laqeyid münasibət onu bezdirib:
“Ötən ilin noyabrnda əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır. Həmin vaxtda bir qadın hamilə qalsa, indi doğuşa hazırlaşardı. Mənsə Azərbaycanda 9 aya yaxındır ki, ayağımın olmadığını sübut edə bilmirəm.
Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika mənə olmazın arayışlar gətizdirir. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin, heç olmasa, protez qoydurub yeriyim. O qədər yalan danışırlar ki…”
Jurnalistin həmçinin intihar həddində olduğunu da bildirib. Onun Feysbukun hekayə bölümündə paylaşdıqları diqqət çəkib:
“Vaxtdır. Getmək zamanı gəldi. Allah da mənə baxıb gülümsəyir”.