…Fotoda gördüyünüz bu dağılmış yuvada 33-34 il əvvəl çil-çıraq yanırdı, ocağı istiydi, içi arzular və ümidlərlə doluydu…Onda bu evdə bəlkə də çağa çığırtısı, ana laylası səsi eşidilir, yaxud gələcək üçün arzu-niyyət edilirdi. Amma bu evə vəhşi sürü hücum etdi: bütün arzuları bu yuva kimi dağıtdı! İndisə azad olmuş yurduna gedən ana tifağı dağılmış evinə baxıb o günlərin xiffətini çəkir və ürəkdən “evin yıxılsın, tifağın dağılsın, ay erməni!” deyir. İndisə bütün dünyanın xaçpərəstləri bir olub bar-bar bağırır ki, Qarabağda erməni əhalisinə guya genosid edirik, guya blokada var, guya acından ölürlər. Hərçənd, bunların heç biri yoxdur, amma 30 il əvvəl elə bu vəhşi sürü tərəfindən deyilənlərin hamısı bizə qarşı olub ki, nümunəsi fotodakı evdir. Amma bölgəyə Beqlaryanın gözləri ilə baxanlar evi dağılmış ananın indi o baxışlarını görə bilmir. Bəli, Qarabağda ermənilər acından qırılmır, amma bu ananın deməyə tam mənəvi haqqı çatır: Qırılın!