backend

Axund dostunun arvadını qaçırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dostunun həyat yoldaşını qaçıran axund mühakimə edilib. 

Türkiyədə dostunun həyat yoldaşını qaçıran axund mühakimə edilib.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Bursanın İznik rayonunun Əlibəyli kəndində imamlıq edən Mustafa adlı axund dostunun həyat yoldaşı – iki uşaq anası Funda ilə qaçıb.

Xatırladaq ki, Mustafa və Funda sentyabrda birlikdə qaçıblar və imam nikahına girərək yaşamağa başlayıblar.

Bundan sonra Fundanın həyat yoldaşı Ailə Məhkəməsinə müraciət edərək dava açıb və boşanıb.

Bunun ardınca Türkiyənin Diyanət İşləri Nazirliyi axundu öz vəzifəsindən azad etmək haqda qərar verib. Eyni zamanda nazirlik 43 yaşlı axund barədə araşdırmalara başlayıb.