“AXA MBAKS”da böyük azalma

“AXA MBAKS”da böyük azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AXA MBASK” sığorta şirkətinin 2018-ci ilin 4 ayı üzrə göstəriciləri məlum olub. Tia.az-ın məlumatına görə, sığorta şirkətinin ümumi yığımlarının həcmi 14,3% azalaraq 6,876 milyon manata düşüb. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 8,020 milyon manat olmuşdu.

Yığımların azalması fonunda şirkətin sığorta ödənişləri də nisbətən aşağı düşüb. Belə ki, 2018-ci ilin 4 ayında “AXA MBASK”ın ödənişləri  2,4% azalaraq 3,195 milyon manat olub. 2017-ci ilin eyni dövründə bu rəqəm 3,273 milyon manat olmuşdu.

 Yığımların ödənişlərlə nisbətdə daha çox azalması şirkətin zərərlilik göstəricisini də artırıb. Belə ki, 2017-ci ilin 4 ayında “AXA MBASK” topladığı hər 100 manatdan 41 manatını ödənişlərə yönəltmişdirsə, bu ilin yanvar-aprel aylarında bu rəqəm 46 manata qədər artıb.

TİA.AZ