Avtoşluq etdiyi görüntüləri sosial şəbəkədə yaydı – Həbs olundubackend

Avtoşluq etdiyi görüntüləri sosial şəbəkədə yaydı – Həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib.

 xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Vaz” markalı avtomobillə yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən və görüntülərini sosial şəbəkədə yayan sürücü Sənan Rəhimovu saxlayıblar.
Onun barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən S.Rəhimovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.