Avtomobillərin gömrük pulu artırılır

Avtomobillərin gömrük pulu artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər Məcəlləsinə xeyli dəyişikliklər nəzərdə tutulub. TİA.AZ xəbər verir ki, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.

Məlumat üçün bildirək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsum tutulur.

Belə ki, avtomobilin gömrük dəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) ƏDV hesablanır.

Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən aılı olaraq gömrük rüsumu tətbiq edilir

Nəhayət, avtomobilin mühərrik həcmindən asıl olaraq ona aksiz vergsi də hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən  gətirilən avtomobillər üçün göükdə ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.

 

Gələn ildən isə aksizlər daha da artırılacaq Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur.

 

Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb. Dəyişikliklər daha ətraflı aşağıdakı cədvəldə göstərilib:

 

Aksiz məbləği

Minik avtomobillərinin mühərrikinin həcmi: Hazırda  2019-dan
2000 sm3-dək olduqda hər 1 sm3 – 0,20 manat hər 1 sm3 – 0,30 manat

 

3000 sm3-dək olduqda 400 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə – 3 manat 600 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə – 5 manat
4000 sm3-dək olduqda 3400 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə – 8 manat 5600 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə -13 manat
5000 sm3-dək olduqda 11400 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə – 20 manat 18600 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə – 35 manat
5000 sm3-dən çox olduqda 31400 manat + 5000 sm3 – dən çox hissəsi üçün hər sm3 görə – 40 manat 53600 manat + 5000 sm3 – dən çox hissəsi üçün hər sm3 görə – 70 manat

 

Bu dəyişikliklər ölkəyə gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğinin kəskn yüksəlməsinə səbəb olacaq. Mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşası ilə nəticələnəcək.

 

Qeyd edilən dəyişikliklər qəbul edilsə minik avtomobilləri üçün aksiz vergisi belə dəyişəcək:

Mühərrik həcmi Hazırda (manatla) 2019-dan (manatla)
2.0 litr 400 600
2.2 litr 1000 1600
2.5 litr 1900 3100
3.0 litr 3400 5600
3.5 litr 7400 12100
4.0 litr 11400 18600
4.5 litr 21400 36100
5.0 litr 31400 53600
5.5 litr 51400 88600
5.7 litr 59400 102600

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© FED