“Paşa Sığorta” vətəndaşın iyul ayından bəri qəza uğrayan maşınının zərərini qarşılamır.
Pravda.az-a şikayət ünvanlayan sürücü Sirac Balakişiyev deyib ki, onun avtomobilinə iyul 4-də “Toyota Prius” markalı maşın zərər vurub:
“Qarşı tərəfin icbari sığortası “Paşa Sığorta”dadır. Qaynar xəttə də, “102”yə də zəng etdim. Hadisə yerinə gəldilər, çəkiliş etdilər. Bir neçə gün sonra servisdə avtomobili qiymətlənməyə apardım. Müstəqil ekspert zərərin 1900 manat dəyərində olduğu rəyini verdi. İyul ayından bu günə qədər problem həllini tapmayıb. Həmin vaxtdan bəri maşınım bu vəziyyətdədir. Avtomobilsiz qalmışam. “Paşa Sığorta”ya getsəm də, əssasız yerə məni qəbul etmirlər. Dəfələrlə orada olmağıma baxmayaraq suallarıma cavab verən yoxdur”.
“Paşa Sığrota”dan Pravda.az-a bildirilib ki, sistemdə Sirac Balakişiyev adlı vətəndaşın müraciəti qeydə alınmayıb, əks halda vətəndaşa cavab verilməməsi mümkün deyil.
Məsələnin araşdırılcağı qeyd olunub.