Avtomobil sığortası: sürücülər ən çox nədən narazılıq edir? – Açıqlama

Avtomobil sığortası: sürücülər ən çox nədən narazılıq edir? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mövzu ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov Bakupost.az -a açıqlamasında bildirib ki, qüvvədə olan sığortalarla bağlı heç bir problem yoxdur.
O qeyd edib ki, şikayətlərin əsasında birinci növbədə zərərin qiymətləndirilməsi məsələsi dayanır:
“Mərkəzi Bank istehlakçı hüquqlarının müdafiəçisi kimi şikayət indeksi hazırlayıb. Məqsəd sığorta şirkətlərinin fəaliyyətini öyrənməkdir. Hazırda siyahıda lisenziyası ləvğ olunan sığorta şirkətlərinin öhdəliklərini Sığorta Bürüsu həyata keçirir. O indeksin nə dərəcədə inanılan olduğunu deyə bilmərəm. Amma hər halda bu, çox yaxşı haldır. Çünki burda sığorta şirkətləri məsuliyyət hiss edirlər ki, sabah müştərilər şikayət edəcək və problemlər işıqlandırılacaq”.
Ekspert qeyd edib ki, zərərin qiymətləndirilməsi zamanı şirkətlər sığorta məbləğini daha az verməyə, vətəndaşlar isə əksinə, daha çox almağa çalışırlar:
“Burada ədalətin bərpa olunması üçün müəyyən işlər görülməlidir. Sığorta müqaviləsi imzalandıqdan sonra hər hansı bir problem olur və ya sığorta şirkəti ləvğ olunursa, o zaman İcbari Sığorta Bürosu həmin müqavilənin sonadək arxasındadır. “İcbari sığorta haqqında” qanunda qeyd edilir ki, İcbari Sığorta Bürosunun üzvü olan və lisenziya alan şirkətlər icbari sığorta şəhadətnaməsi satmaq hüququna malikdir. İcbari sığorta bürosu isə bu məsələlərin texniki tərəfini həll edir. Məsələn, informasiya dəstəyi göstərir, elektron məsələlərlə bağlı sənədləşməni edir, növbəli şəkildə elektron şəhadətnamələri buraxır və s”.