Türkiyədə dəhşətli yol qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, tükürpədici hadisə Qaziantepdə olub.
Türkiyədə dəhşətli yol qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, tükürpədici hadisə Qaziantepdə olub.
Avtomobilin sürücüsü idarəetməni itirərək bir tikilinin önündəki 6 metrlik dəmirə çırpılıb.
Zərbənin təsirindən 4 mm diametri olan dəmir boru maşının ön pəncərəsini qıraraq içəri keçib. Dəmir boru ön oturacaqdakı sərnişin qızın boğazından girərək, arxadan çıxıb. Dəmir boru 24 yaşlı Hande Karaoğlunun boğazından çıxdıqdan sonra arxa oturacağı da deşib.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və xilasedicilər çağırıblar. Onlar dəmiri ön və arxadan kəsərək qızı boğazındakı dəmirlə birlikdə xəstəxanaya çatdırıblar.
Qeyd edək ki, reanimasiyaya yerləşdirilən Hande Karaoğlunun həyati təhlükəsi var.