Avtomatlaşdırılmış sistem ilk öncə kimləri işsiz qoyacaq? – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 2 il ərzində ABŞ-da bir sıra ticarət şəbəkələri bağlandı. Hətta “Macy’s” kimi böyük şirkətlər belə, yaxşı günlər yaşamırlar.  

Son 2 il ərzində ABŞ-da bir sıra ticarət şəbəkələri bağlandı. Hətta “Macy’s” kimi böyük şirkətlər belə, yaxşı günlər yaşamırlar. 

Kassirləri avtomatlaşdırılmış terminallar əvəz edir, zal əməkdaşlarının işlərini isə robotlar yerinə yetirirlər. ABŞ-da 6-7.5 milyon satıcının işsiz qalma riski var. Bu risk altında isə ən çox duranlar qadınlar və əyalət sakinləridir. Bu cür nəticəyə “Cornerstone Capital Group” şirkətinin pərakəndə ticarət bazarının gələcəyi üzrə hesabatının müəllifləri gəliblər. Offline ticarət sahəsi yavaş-yavaş öz çöküşünü yaşayır. Böyük ticarət mərkəzlərində demək olar ki, alıcılar yoxdur. İşçiləri avtomatlaşdırılmış sistemlər əvəz edir. İnsanların çox hissəsi isə məhsulları internet vasitəsilə almağı üstün tutur.

Ümumdünya İqtisadiyyat Forumununməlumatlarına əsasən növbəti 10 ilərzində ABŞ-ın pərakəndə mağazalarının 15%-ni bağlanma təhlükəsi gözləyir. Bununla belə ticarət sahəsindəki əmək məhsuldarlığı artıq neçə illərdir ki, dəyişməz olaraq qalır. Əmək bazarında işçi qüvvəsinə olan tələbat artır. Bu isə öz növbəsində minimal əmək haqqının böyüməsinə gətirib çıxardır. “Bir çox şirkətlər texnologiyanın yüksək inkaşı dövründə bu cür problemləri həll etməli olurlar” – deyə “Cornerstone Capital” şirkətinin tədqiqat şöbəsinin rəhbəriJohn Wilsonbildirib. “Cornerstone Capital” şirkətinin analitikləri avtomatlaşdırmanın pərakəndə ticarətə necə təsir edəcəyini araşdırıblar. Bunun üçün onlarOksford Universitetininmütəxəssislərinin proqnozlarından və ABŞ-ınƏmək Statistikası Bürosununməlumatlarından istifadə ediblər.

Bundan əlavə olaraq hesabatın müəllifləri Ümumdünya İqtisadi Forumun məlumatlarını da incələyiblər. Həmin məlumatlara əsasən pərakəndə satış ilə məşğul olan mağazalarda icra olunan əməliyyatların 30-50%-ni avtomatlaşdırmaq mümkündür. ABŞ-ın ticarət sahəsində ölkənin ümumi əmək qüvvəsinin 10%-i çalışır. Bu isə 16 milyon işçi deməkdir. Sözügedən sahəyə yeni texnologiyaların inteqrasiyası sayəsində onlardan 6-7.5 milyon insan işsiz qala bilər. Avtomatlaşdırmanın ilk qurbanları qadınlar olacaq. Belə ki, qadınlar ölkənin bütün kassirlərinin 74%-ni təşkil edir. Həmçinin Oksford Universitetinin mütəxəssislərinin proqnozlarına əsasən kassirlərin əmək qüvvəsinin avtomatlaşdırma mümkünlüyü 97% təşkil edir. Onların yerinə avtomatlaşdırılmış terminallar və yaAmazon Gokimi avtomatlaşdırılmış mağazalar gələcək. Günümüzdə alıcılar məhsul haqqında məlumatları daha çox internetdə axtarırlar. Beləliklə satıcı-konsultant tələbatı getdikcə aşağı düşür. Hesabata əsasən avtomatlaşdırma sistemi ilk öncə işsizlik səviyyəsinin böyük olduğu regionlara təsir edəcək.WalMartkimi böyük ticarət şəbəkələri, 500.000 sakindən aşağı olan şəhərlərdə daha çox bazar payına sahibdirlər. Əgər bu cür ərazilərdə avtomatlaşdırma sistemi işə düşsə, onda minlərlə insan işsiz qalacaq. Analitiklər böyük şirkətlərə, öz ticarət nöqtələrini avtomatlaşdırmamışdan öncə düşünmələrini məsləhət görürlər. Mağazaya getmək, maraqlı təcrübə və əyləncə verə bilər.

Bunun üçün isə texnologiyalara və işçi qüvvəsinə investisiya yatırmaq lazım olacaq. Tədqiqata əsasən ABŞ-ın 30 ticarət şirkəti arasında aparılmış sorğu nəticəsində məlum olub ki, onlardan çoxu öz ticarət nöqtələrində avtomatlaşdırılmış sistemin quraşdırılmasında maraqlıdırlar. Bir çoxları isə “Amazon” şirkətinin təcrübəsindən yararlanaraq online ticarətə üz tutur. Alıcılar da tez-tez alış-verişi internet üzərindən reallaşdırırlar. Aparılmış sorğulara əsasən həmin alıcıları mağazalarda olan insan çoxluğu, kassalardakı uzun sıralar və rəflərdə məhsul çatışmamazlığı qorxudur. Avtomatlaşdırılmış ticarət nöqtələri artıq bütün dünyada yayılmağa başlayıb. (Technote)