“Avtolüks Azərbaycan” MMC ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən avtomobil mərkəzinin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 483-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
“Avtolüks Azərbaycan”la bağlı işə 4 fevral tarixində Nərimanov rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Avtolüks Azərbaycan” MMC dünyaca tanınmış 9 brendin – “Land Rover”, “Jaguar”, “Dodge”, “Jeep”, “Crysler”, “Abarth”, “Alfa Romeo”, “Fiat” kimi avtomobillərin Azərbaycandakı rəsmi distributorudur. Şirkətin direktoru Vasif Bayramovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən