Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza səbəbindən 1 ədəd svetofor obyekti yararsız vəziyyətə düşüb.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.