Kocaelinin Karamürsel mahalında avtobusda bıçaqlı hücuma məruz qalan şəxs həyatını itirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Enes Yiğit Toraman (29) özəl ictimai avtobusla Karamürsel Avtovağzalından İzmitə gedib.
Toraman avtobusa minən VA (39) tərəfindən bıçaqla hücuma məruz qalıb. Karamürsel Dövlət Xəstəxanasına çatdırılan Toranı edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Polis hadisə yerindən qaçan şübhəli şəxsi başqa bir ictimai avtobusda yaxalayıb.
Digər tərəfdən bıçaqlı hücum avtobusun təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Görüntülərdə dayanacaqda avtobusa minən şəxsin arxaya doğru hərəkət edərək bıçaqla Toramana hücum etməsi və nəqliyyat vasitəsində avtobusda olan sərnişinlərin panikaya düşməsi əks olunub.
Əflatun