Bakıdan Bərdəyə sərnişin aparıb gətirən sürücü kobud qayda pozuntusuna yol verib.
Bakıdan Bərdəyə sərnişin aparıb gətirən sürücü kobud qayda pozuntusuna yol verib. O, sərnişinlərin həyatını böyük təhlükəyə ataraq, maksimum sürəti saatda 90 kilometr olan yolda avtobusu 120 ilə idarə edib. Gah sağ, gah da sol zolağa çıxır.
Növbəti avtobus sürücüsünün kobudluğu Bakı-Ələt-Qazax yolunda qeydə alınıb. Şahidlərdən biri Bakıdan-Bərdəyə sərnişin aparan avtobus sürücüsünün sürət həddini aşması ilə əlaqədar həvəskar çəkiliş edərək ”Xəzər Xəbər”ə göndərib. Kadrlardan aydın olur ki, sürücü sərnişinlə dolu avtobusu, minik maşınları üçün maksimum sürəti saatda 110 kilometr olan yolda 120-lə idarə edir.
Arxadan gələn minik avtomobillərindən biri isə avtobusun sürücüsündən yol istədikdə isə sürücü eyni sürətlə yolunu dəyişərək sağa çıxır. Daha sonra isə yenidən sol zolağa qayıdaraq eyni sürətlə də yoluna davam edir.
Yol hərəkəti üzrə ekspert Ərşda Hüseynov da burda avtobus sürücüsünün kobud qayda pozuntusuna yol verdiyini deyir. Ekspert bildirir ki, minik maşınları üçün sürəti saatda 110 kilometr olan yolda avtobuslar yalnız 90- sürətlə hərkət edə bilər. Belə olduqda sürücü bu hərəkəti ilə sərnişinlər üçün də təhlükə yaradır.
Əgər bu sürətlə sürücünün qarşısına hansısa bir mane çıxarsa yol nəqliyyat hadisəsinin baş verməsi qaçılmazdır. qeyd edək ki, bu cür qayda pozuntusuna görə inzibati xətalar məcəlləisində ə 50 manat və 2 balı nəzərdə tutulub.