Avtobus şoferi bir qadınla dalaşdı, 15 nəfər öldü – foto/video

Avtobus şoferi bir qadınla dalaşdı, 15 nəfər öldü – foto/video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Körpünün üstü ilə gedən avtobus qəfildən yana burulub və 50 metrlik yüksəklikdən çaya yuvarlanıb. Musavat.com xəbər verir ki, həticədə avtobusda olanların hamısı-15 nəfər ölüb…

Hadisənin səbəbi isə… 48 yaşlı qadın, sürücüyə deyib ki, dayanacaqda saxla. Nədənsə sürücü qadının çağrışına məhəl qoymayıb. Elə bu səbəbdən də qadınla sürücü arasında dava düşüb və qadın əlindəki telefonla sürücünün sifətinə vurub. Sürücü hücuma cavab verməyə səy göstərərkən avtobus marşrutdan çıxıb və çayın dibinə gedib. Və bütün bunlar təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Hazırda həmin video-görüntülər dünyanın gündəmindədir…

Avtobus və 13 nəfərin meyiti 71 metrlik dərinlikdən çıxarılıb. 2 sərnişinin isə heç meyiti də tapılmayıb…

Deməli, bir qadınla bir sürücü arasındakı anlaşılmazlıq və zoraklıq sonda heç bir günahı olmayan insanların ölümünə səbəb olub…

musavat.com 

Security footage from another vehicle shows the bus hitting the security barriers