Avstraliyalı yazıçı Çində casusluqda ittiham edilir

Avstraliyalı yazıçı Çində casusluqda ittiham edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çin əsilli avstraliyalı yazıçı və keçmiş diplomat Yanq Xenqçjun rəsmi Pekin tərəfindən həbs edilib.
Qaynarinfo xəbər verir ki, 54 yaşlı yazıçı Çinin milli təhlükəsizliyinə zərbə vurmaq, casusluq etməkdə ittiham edilir. Bu barədə Avstraliya rəsmilərinə məlumat verilib. O, bu ilin əvvəlindən rəsmi Pekin tərəfindən saxlanılmışdı, 23 avqustda isə rəsmi şəkildə həbs edildiyi açıqlanıb.
Avstraliya XİN başçısı Mariz Peyn məsələ ilə bağlı Çin rəsmiləri ilə danışıqlar aparıldığını bildirib.