Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar paketini təqdim edir.
Tribunainfo.az xəbər verir ki, müvafiq bəyanatla ölkənin xarici işlər naziri Penni Vonq çıxış edib.
Onun sözlərinə görə, bu sanksiya paketi Avstraliya tərəfindən 2022-ci ilin fevralından bəri tətbiq edilən ən əhəmiyyətli sanksiyalardır:
“Avstraliya hökuməti 70 Rusiya vətəndaşına sanksiya tətbiq edib və 79 şirkətinə maliyyə məhdudiyyətləri tətbiq edib. Avstraliya Rusiyanın müdafiə, nəqliyyat və maliyyə sektorlarında fəaliyyət göstərən təşkilatlara, Ukraynanın reputasiyasına xələl gətirən dezinformasiya yayan vətəndaşlara qarşı sanksiyalar tətbiq edilib”.
Qeyd edək ki, 2014-cü ilin mart ayından Avstraliya hökuməti 30 dəfədən çox anti-Rusiya məhdudiyyətləri tətbiq etdiyini elan edib. Sanksiyalar siyahısına Rusiya və Belarusdan 1200-dən çox vətəndaş və 300-dən çox müəssisə daxildir. Avstraliya hökuməti Rusiya ilə ticarət əlaqələrini tamamilə kəsib, qara siyahıya düşən şəxslərin aktivlərini dondudurub və milli təşkilatlara sanksiya tətbiq edilən şirkətlərlə iş aparmağı qadağan edib.