ABŞ-la İran arasında davam edən danışıqlar fonunda yeni məlumatlar ortaya çıxıb.
Tribunainfo.az xəbər verir ki, ötın gün Avstraliya kəşfiyyatı bu ölkə ilə bağlı hesabat açıqlayıb.
Həmin hesabatda qeyd edilir ki, İran öz nüvə silahını yaratmağa davam edir. “İranın nüvə silahı proqramı tam sürətlə davam edir və Tehranın nüvə başlıqlarını uzaq məsafələrə daşıya bilən ballistik raketlərin artan arsenalına malikdir”.
Qeyd edək ki, Ağ Evdə bəziləri açıq bildirirlər ki, İranla danışıqlardan ciddi nəticə gözləmirlər. Onların yanaşması budur ki, İran danışıqları uzatmaqla vaxt qazanmağa çalışır. Bu vaxt qazanma isə nüvə silahının hazır olma mərhələsinə görə lazımdır.
Fərda Uğur