“Avrora” MMC yenə cərimələnə bilər

“Avrora” MMC yenə cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəfərlərlə cərimələnən və maaşını ala bilməyən işçilər tərəfindən məhkəməyə verilən “Avrora” MMC ilə bağlı növbəti cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Şirkətlə bağlı işbaxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 19 fevral tarixində hakimVüsal Tağıyevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Avrora” MMC bir çox beynəlxalq şirkət, zavod və fabrikin partnyorudur. Şirkətin portfoliosuna “Danone”, “Ehrman”, “Rolton”, “KraftHeinz”, “Carsberg”, “Diageo” şirkətlər daxildir.
“Avrora” MMC-nin prezidenti Ceyhun Abbasovdur.
Tərəfləri dinləməyə hazırıq.
Gülşən