Qida sektorunda aparıcı distribüter şirkətlərdən olan “Avrora” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Avrora” İnzibati Xətalar Məcəlləsinin 316-cı maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Bakı Apellyasiya Məhkəməsində bu gün hakim Anar İbrahimovun sədrliyi ilə işə baxılacaq.
Nigar