“Avrora” MMC-nin işi yenidən məhkəmədə

“Avrora” MMC-nin işi yenidən məhkəmədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşçinin maaşını kəsdiyi üçün “Avrora” MMC ilə bağlı məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, şirkətlə bağlı iddianı Alıyev Nemət Arzu oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı şirkətdən əmək haqqını tələb edir.
Tərəflər arasında ilk proses dünən baş tutsa da heç bir nəticə əldə edilməyib. Binəqədi rayon Məhkəməsində baxııan işlə bağlı növbəti proses 2025-ci ilin yanvar ayının 14-nə təyin edilib. İş hakim Rəşad Qoşqarlının icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən “Avrora” MMC bir çox beynəlxalq şirkət, zavod və fabrikin partnyorudur. Şirkətin portfoliosuna “Danone”, “Ehrman”, “Rolton”, “KraftHeinz”, “Carsberg”, “Diageo” şirkətlər daxildir. “Avrora” MMC-nin prezidenti Ceyhun Abbasovdur.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən