backend

Avropanın məhşur otelinin Bakıda nümayəndəliyi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 






Bu barədə otelin satış və marketinq drektoru Elçin Rüstəmov məlumat verib.

 






 

Bu barədə otelin satış və marketinq drektoru Elçin Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, Avropanın məşhur otel zincirlərindən biri olan “Selective Hotels Swiss” nəhayət ki, Azərbaycanda da fəaliyyətini rəsmiləşdirib.


Otellər şəbəkəsi ilkin mərhələdə 3 otellə fəaliyyətə başlayacaq. Buraya hazırda Bakıda fəaliyyət göstərən iki otel – “Boutique Hotel Baku” və “Atropat Hotel”, həmçinin Sumgayıtda inşası davam edən və bu ilin sonuna ən yüksək dünya standartları ilə fəaliyyətə başlayacaq “Sumgayit Plaza Otel” daxildir.

Otellər şəbəkəsinin Azərbaycan üzrə Satış və Marketinq direktoru Elçin Rüstəmovun sözlərinə görə, şəbəkəyə daxil olan otellər qısa müddətdə məxsusi xidmət ənənəsi ilə digər şəbəkə otellər arasında öz layiqli yerini tutacaq.

Belə ki, “Boutique Hotel Baku” eyniylə Avropanın məşhur Butik otellərinin bütün özünəməxsus xüsusiyyətlərini özündə daşıyır. Xidmət səviyyəsi və işıqlandırma sistemindən Otelin daxili dizaynına qədər hər xırda detalı, ab havası ilə əsla avropa otellərini xatırladan “Boutique Hotel Baku” şəhərin tam mərkəzində yerləşməsi ilə də qonaqlarına üçün ən rahat və arzuolunan məkanlardan biri olacaq.

23 otaqdan ibarət bu otel şəhərin qədim artitekturalı binalarından birinin tam restevrasiyasından sonra geniş otaqları və “İguana” restoranı ilə fəaliyyətə başlayıb.

“Sumgayit Plaza Otel” Sumqayıtın ən böyük oteli olmaqla yanaşı, istər ölkə daxilində istərsə ölkə xaricində şəbəkəyə daxil olan otellərin bütün üstün xüsusiyyətlərini özündə saxlayır. “Hazırda əməkdaşların təlimi davam edir və otel açıldığı ilk dövrdən ən yüksək standartlarla qonaqların rəğbətini qısa müddətdə qazanmağı qarşısına məqsəd qoyur. 88 otaqdan ibarət olanaq bu unikal və müasir dizaynlı otel yalnız xidmətləri ilə deyil, eyni zamanda özünün böyük hovuzu, spa mərkəzləri, iki böyük restoranı, Sky Bar-ı ilə qonaqların tam rahatlığını təmin edəcək. Yanvar ayının 28 də təntənəli mərasimlə açılışı planlaşdırılan oteldə hazırda son tamamlama işləri gedir.

Elçin Rüstəmovla müsahibəsində əminliklə vurğulayb ki, şəbəkənin xidmət ənənəsi çox qədimdir və bu tip yüksən xidmət standartlarəyla qısa müddətdə şəbəkəyə daxil olan bütün otellər qonaqlar tərəfindən rəğbətlə qarşılanacaq və çox tez tanınacaq: “Bizim üçün önəmli olan avropada məşhur bu otellər şəbəkəsinin yerli bazarda öz yüksək xidmət standartlarıyla tanınması və o ənənənin burada da eyniylə davam etdirilməsidir”.

Məkan olaraq niyə məhz Sumqayıtın seçilməsi gəlincə, Rüstəmov bildirib ki,  bu şəhər son illər inkişaf tempinə görə diqqət çəkir: “Sumgayit bildiyiniz kimi, yeni sənaye mərkəzi və ölkənin hazırda ən yüksək sürətlə inkişaf edən şəhərlərindən biridir, burada inkişaf tendensiyası çox böyükdü. Sumqayıtda açılmaqda olan və layihəsi planlaşdırılan şirkətlərin istər rəhbər heyyətinin, istərsə də əməkdaşlarının qonaqlaması üçün dünya standartlarında bir Otelin olması zəruri idi. Eyni zamanda biz çalışacağıq ki, qeyri-neft sektorunun inkişafı fonunda turizmin bu bölgədə tərəqqisinə və Sumqayıtı turizm xəritəsində ətraf qonşu ölkələrə və sonra isə bütün dünyaya tanıdaq. Bunun üçün isə təbii ki, otel rəhbərliyi və kollektivi bütün sumqayıtlıların dəstəyinə ehtiyacımız var. Əminəm ki, biz bunun öhdəsindən qısa müddətdə gələcəyik. Bütün qonaqlarımızı səbirsizliklə gözləyirik”.