Avropanın bu ölkəsində evlər 1 avroya satışa çıxarıldıbackend

Avropanın bu ölkəsində evlər 1 avroya satışa çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Sardiniya adasında yerləşən Ollolai kəndi xarici vətəndaşlara cəmi 1 avroya ev almaq və oraya köçmək fürsəti təqdim edib.

Bu təklif əhalinin azalmasının qarşısını almaq məqsədi daşıyır və mövcud şərtlər sayta yerləşdirilib.

Lakin təklif hamıya deyil, yalnız ABŞ-dəki prezident seçkilərinin nəticələrindən narazı olan amerikalılar üçün nəzərdə tutulub.

“Qlobal siyasətdən yorulmusunuz? Daha balanslı həyat tərzi sürərək yeni imkanlar açmaq istəyirsiniz? Sardiniyanın möhtəşəm cənnətində öz Avropa sığınacağınızı qurmaq üçün ən yaxşı vaxtdır”,-deyə promopublikasiyada qeyd olunub.

Kənddə evlərin qiyməti 1 avrodan (təxminən 1 AZN) 100 min avroya (təxminən 170 min AZN) qədər dəyişir.

Qeyd edək ki, İtaliyada bir neçə şəhər daha əvvəl 1 avroya daşınmaz əmlak satışını elan edib. Belə ki, 2023-cü ilin iyul ayında Piedmont regionunun Verban-Kuzio-Ossola əyalətində yerləşən Borgomezzavalle kommunasında da evlər bu qiymətə təklif olunmuşdu. Bu ultra-ucuz evlər uzun müddət boş qaldığı üçün genişmiqyaslı təmir tələb edirdi.