Avropalı siyasətçilər İrəvana ayaq açıb – Nə baş verir?

Avropalı siyasətçilər İrəvana ayaq açıb – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosu qəbul edib.

Tribunainfo.az yazır ki, görüşdə Ermənistan-Aİ arasında mövcud qarşılıqlı əlaqənin dərinləşdirilməsinin vacibliyini vurğulanıb, bunun üçün yaxşı ilkin şərtlər var.
Aİ səfiri öz növbəsində 2023-cü ilin Ermənistan-Aİ əlaqələrinin inkişafı baxımından yaxşı il olduğunu, Ermənistan-Aİ əlaqələrinin dərinləşdirilməsi üçün çox iş görüldüyünü və 2024-cü ilin bu baxımdan çox vacib olacağını vurğulayıb.

Vasilis Maraqos deyib: “Biz bütün sahələrdə əməkdaşlığı gücləndirmək və qarşılıqlı əlaqəni dərinləşdirmək öhdəliyi götürmüşük. İclasda əsasən aviasiya sektoru ilə bağlı məsələlər müzakirə olunub.

Aİ səfiri aviasiya sektorunun və aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsinin onların diqqət mərkəzində olduğunu vurğulayıb.
Həmçinin ikitərəfli maraq doğuran bir sıra digər məsələlər, xüsusilə Şimal-Cənub avtomobil dəhlizinin cənub hissəsinin tikintisi, eləcə də Ermənistan-Gürcüstan elektrik ötürücü xəttinin tikintisi müzakirə olunub.