Avropalı siyasətçi: “Müsəlmanlar 100 faiz insan deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin İsveçli Demokratlar Partiyasının deputatı Martin Stridmüsəlmanlar barədə qalmaqallı açıqlamalar verib.
 İsveçin İsveçli Demokratlar Partiyasının deputatı Martin Stridmüsəlmanlar barədə qalmaqallı açıqlamalar verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, SVT televiziyasında yayımlanan “Forum” proqramında çıxış edən Strid “İslamı öyrəndikcə dəhşətə gəlirəm. Müsəlmanlar 100 faiz insan deyil” deyərək böyük səs-küy və narazılığa səbəb olub.
Onun bu açıqlaması həm müsəlmanlar, həm də siyasətçilər tərəfindən narazılıqla qarşılanıb. Liberal Moderat Partiyasının rəhbəri Jan Björklund, Mərkəzi Liberal Partiyasının sədri Annie Lööf və İsveç Sol Partiyasının lideri Jonas Sjöstedt Stridiirqçilikdə ittiham ediblər.
Müsəlmanlar isə Martin Stridi xalqlar arasında kin və nifrət yaratmaqda günahlandırıblar.