Avropalı kəşfiyyatçılar Ermənistanda hücum planı hazırlayır? – Politoloq açıqladı

Avropalı kəşfiyyatçılar Ermənistanda hücum planı hazırlayır? – Politoloq açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyim kimi, Aİ missiyasının üzvləri Ermənistan ordusunun Zəngilan istiqamətindəki döyüş postlarından durbin vasitəsilə Azərbaycan ərazisini müşahidə edir.

Eyni zamanda, missiya üzvləri fəal müzakirələr aparır, jest və əllərini Azərbaycan istiqamətinə göstərirlər.

Aralarında fransalı legionerlərin də olduğu avropalı kəşfiyyatçıların Ermənistan ordusunun Azərbaycana hücum planı hazırlaması şübhəsizdir.

Bu barədə Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,
Ermənistan Avropa İttifaqının məlum komissiyasının Azərbaycanla həmsərhəd bölgələrdə monitorinq keçirməsini tərəflər arasında münasibətlərdə etimada, sərhəd bölgəsində təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bəyan edir.

Politoloqun sözlərinə görə, rəsmi Bakı isə fərqli düşünür. Əvvəla, erməni tərəfi Aİ mülki müşahidəçi missiyasının mandat müddətini birtərəfli şəkildə, qarşı tərəflə razılaşdırmadan uzatmışdır.

“Bu müddət 2025-ci ilin yanvarında başa çatırdı. Rəsmi Bakı mandat niqabı altında fəaliyyət göstərən bu missiyanın Azərbaycanla həmsərhəd bölgələrdə kəşfiyyat materialları topladığını, cəsusluq işi ilə məşğul olduğunu düşünür.
Azərbaycanın sərhəddə təhlükəsizliyin möhkəmləndirilməsi
məqsədi ilə gördüyü tədbirlər Aİ müşahidə missiyası tərəfindən izlənilir. Əldə edilmiş kəşfiyyat məlumatlarının isə Ermənistanın və Qərbin xüsusi xidmət orqanlarına ötürülmələri istisna edilə bilməz”.

Dəniz