“Qərb aydın başa düşür ki, Ukraynada heç olmasa simvolik xarici kontingent olmalıdır . Bu, Rusiyanı yeni hücumdan çəkindirəcək”.
Tribunainfo.az xəbər verir ki, bunu Finlandiyanın hərbi kəşfiyyatının keçmiş rəhbəri, indi isə Avropa Parlamentinin üzvü Pekka Toveri deyib.
Onun sözlərinə görə, təhlükəsizliyin əsas təminatçısı Ukrayna Silahlı Qüvvələri – döyüşlərdə real təcrübəyə malik döyüşə hazır ordu olacaq. “Biz Ukrayna Silahlı Qüvvələrini dəstəkləməli, itkiləri kompensasiya etməli, Qərbin yeni silah sistemləri ilə təmin etməli və sizin onsuz da yaxşı etdiyiniz işləri təkmilləşdirməliyik”.
Toveri qeyd edib ki, daha əvvəl Ukraynaya 300 minə yaxın əsgər göndərilməsi ilə bağlı müzakirələr olub. Lakin Avropanın bu qədər sayda hərbçi yerləşdirməyə gücü çatmır.
O sonda vurğulayıb ki, əgər Qərb kollektiv şəkildə addım atarsa, bombalamaqla Rusiyanı ddaş dövrünə qaytara bilər.
Fərda Uğur