Avropada nəzir qutuları elektronlaşdırılır

Avropada nəzir qutuları elektronlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsveçdə nağd pul istifadəsi məhdudlaşdıqdan sonra kilsələr nəzirləri elektron formada qəbul etmək metodunu tətbiq etməyə məcbur qalıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, kilsələrə bank kartı və ya kredit kartı ilə yardım bağışlanması üçün posterminallar quraşdırılıb. Paytaxt Stokholmdakı Sanbayberq kilsəsi elektronlaşdırılan ilk kilsə olub.
Statistikala görə İsveçdə 2010-cu ildə alış-verişlərin 40 faizi nağd ödənişlə edilirdisə, bu il bu rəqəm 10 faizə qədər azalıb.
Proqnozlara görə, 2025-ci ilə kimi alış-veriş mərkəzlərinin yarısı satışlarını elektron formada həyata keçirəcəklər.
Belə ki, artıq 18-24 yaş arası gənclərin 95 faizi nağdsız ödənişlərdən, o cümlədən bank kartları və Swish adlı tətbiqdən istifadə edirlər.