Avropada günün maraqlı futbol oyunları – AFİŞAbackend

Avropada günün maraqlı futbol oyunları – AFİŞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

Tribunainfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasında uğurlu mövsüm keçirən və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirən “Nyukasl” “Lids”in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 15:30-da (Bütün saatlar Bakı vaxtı ilə göstərilib – red.) başlayacaq. Daha üç matç saat 18:00-da start götürəcək. “Çelsi” “Nottingem”i, “Mançester Yunayted” “Vulverhempton”u qəbul edəcək, “Tottenhem” “Aston Villa”nın qonağı olacaq.

Fransa Liqa 1-də PSJ “Ayaçço” ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq.

Almaniya Bundesliqasında lider “Bavariya” “Şalke”ni qəbul edəcək. Oyunun start fiti saat 17:30-da səslənəcək. Saat 20:30-da isə münhenlilərin ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı meydana çıxacaq. Komanda Münhenqladbaxdan olan adaşı ilə qarşılaşacaq.

İtaliya A Seriyasında “Milan” “Spetsiya”nın qonağı olacaq. “İnter” isə “Sassuolo”nu sınağa çəkəcək.

İspaniya La Liqasında 3-cü pillənin sahibi “Real” (Madrid) “Xetafe”ni qəbul edəcək. Görüş saat 23:00-da başlayacaq.

Avropada günün maraqlı oyunları

13 may

İngiltərə Premyer Liqası

15:30. “Lids” – “Nyukasl”

18:00. “Aston Villa” – “Tottenhem”

18:00. “Çelsi” – “Nottingem”

18:00. “Mançester Yunayted” – “Vulverhempton”

Fransa Liqa 1

20:00. PSJ – “Ayaçço”

Almaniya Bundesliqası

17:30. “Bavariya” – “Şalke”

20:30. “Borussiya” (Dortmund) – “Borussiya” (Münhenqladbax)

İtaliya A Seriyası

20:00. “Spetsiya” – “Milan”

22:45. “İnter” – “Sassuolo”

İspaniya La Liqası

23:00. “Real” (Madrid) – “Xetafe”