“Avropa üçlüyü” İrana qarşı sanksiyaları bərpa edə bilər

“Avropa üçlüyü” İrana qarşı sanksiyaları bərpa edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ən geci avqustun sonuna qədər nüvə razılaşması ilə bağlı konkret irəliləyiş əldə olunmasa, “Avropa üçlüyü” – Böyük Britaniya, Fransa, və Almaniya İrana qarşı “snapback” mexanizmini işə salacaq.

Tribunainfo.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan Noel Barro jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, “snapback” mexanizmi 2015-ci ildə imzalanan nüvə razılaşmasına əsasən, İranın öz öhdəliklərinə əməl etmədiyi halda Avropa üçlüyünün (Britaniya, Almaniya və Fransa) Tehrana qarşı sanksiyalar tətbiq etməsinə imkan verən mexanizmdir.