Avropa Şurasından imtina etməliyik? – Sahib Məmmədov

Avropa Şurasından imtina etməliyik? – Sahib Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avropa Şurasının nizamnaməsinə qoşulmaq haqqında qanunu ləğv etməli və denonsasiya prosesinə başlamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinın yurisdiksiyasından çıxmalıdır. Əvəzində dərhal BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın fərdi şikayətlər üzrə protokolunu ratifikasiya (paraflanıb artıq) etməlidir. Belə olarsa Azərbaycan BMT-nin nəzarət mexanimi olan 8 insan hüquq və azadlıqları üzrə Pakt və Konvensiyalarının fərdi şikayət prosedurlarının hamısına qoşulmuş olacaq.

Tribunainfo.az yazır ki, bu fikirlərlə çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Azərbaycan Məhkəmələr və Hakimlər Haqqında Qanunda, Cinayət Prosessual və Mülki Prosessual Məcəllədə müvafiq dəyişiklikləri edib BMT kvaziməhkəmə orqanlarının qərarlarının icrası mexanimlərini yaratmalıdır:

“Həmin orqanların qərarları AHİM qərarlarıdan gücünə görə geri qalmır. Həmin orqanlar da müvafiq konvensiyanın pozulub-pozulmaması haqqında qərar qəbul edir və iddaçının tələbinə uyğun olaraq kompensasiya müəyyən edə bilər.
AHİM siyasi baxımdan tam asılı vəziyyətdə olan məhkəmədir. Qərarları ikili standartlara əsaslanır”.