backend

Avropa Şurası Ermənistana ciddi xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi Ermənistana dördüncü səfərinin nəticələrinə dair hesabatını açıqlayıb. 

TİA.AZ azVision.az-a istinadən xəbər verir ki, nümayəndə heyəti ilk dəfə 4 cəzaçəkmə müəssisəsində olub, bir sıra monitorinq keçiriblər.

Məruzədə qeyd olunur ki, dövlət həbsxanalarında normadan çox məhbus saxlanılır. Bununla əlaqədar, Komitə bu problemlə mübarizə aparmaq üçün qanunverici və təşkilatı tədbirlər həyata keçirməklə bağlı müxtəlif tövsiyələr verib. Bu istiqamətdə Ermənistan hökumətindən neqativ halların qarşısını almaq üçün
tədbirlər görülməsi tələb olunur.

Məruzədə vurğulanır ki, korrupsiya, rüşvət Ermənistanın penitensiar sistemində başlıca problem olaraq qalmaqdadır: “Komitə Ermənistan hakimiyyətinə bu bəla ilə mübarizə aparmaq üçün səylərini artırmağa çağırıb”.