Avropa Rusiya sanksiyalarını aradan qaldırmağa hazırlaşır?

Avropa Rusiya sanksiyalarını aradan qaldırmağa hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Rusiyaya qarşı maliyyə sanksiyalarının ləğvinin mümkünlüyü ilə bağlı aktiv müzakirələr aparılıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Financial Times yazır.

Qəzet qeyd edib ki, bütün söhbətlər Rusiya ilə ticarətin necə aparılacağı və sanksiyaların qaldırılacağı barədədir. “Qərb banklarının treyderləri birdən sual edirlər ki, hazırda rublla ticarət mümkündürmü”.

FT yazıb ki, Rusiya səhmləri Trampın qələbəsindən sonra ilk saatlarda bahalaşıb və Rusiyanın aparıcı səhmlərinin MOEX rubl indeksini 3,6% qaldırıb. “Rusiyanın enerji nəhəngləri “Qazprom” və “Novatek” açılışdan sonra hər ikisi təxminən beş faiz artaraq ən yaxşı göstəricilər sırasında olublar. Ən çox böyüyən Ozon onlayn ticarət platforması olub, Aeroflot isə başlanğıcda 6 faiz artıb”.